SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi

Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi
27-02-2021, 18:14

İsveçin paytaxtı Stokholmda keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyevinverdiyi məlumata görə, yarışa 4 fiqurlu konkisürən yollanacaq.

Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq. Sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, dünya çempionatı 21 - 28 martda gerçəkləşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930