SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir

Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir
27-02-2021, 13:33

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvü İrina Kindzerska soyadını dəyişdirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı məlumat verib. E.Babanlı bildirib ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionatlarının mükafatçısı azərbaycanlı ərinin soyadını götürərək, Əliyeva olacaq. Federasiya rəsmisi sənədləşmə işləri yoluna qoyulacağı təqdirdə, 30 yaşlı idmançının Tokio Yay Olimpiya Oyunlarında yeni soyadla çıxış edəcəyini diqqətə çatdırıb.

Baş katib rumıniyalı Aleksandra-Larisa Florian (57 kq), həmçinin monqolustanlı Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyankişiq (52 kq) və İçinxorlu Muntsxedev (57 kq) ilə yolların ayrıldığını da söyləyib. Onun sözlərinə görə, Florian pandemiya dövründə məşqləri üçün əlverişli şəraitin olmaması, Bazarraqça zədələri, Buyankişiq ümidləri döğrultmaması, Muntsxedev isə ailə vəziyyəti ilə əlaqədar yığmada yer almayacaq.

Legionerlərin milliyə heç bir fayda vermədikləri fikri ilə razılaşmayan E.Babanlı onların komandada rəqabəti artırdıqlarını vurğulayıb.

Qeyd edək ki, İrina Kindzerska 2017-ci il dünya çempionatında və "Minsk 2019" II Avropa Oyunlarında bürünc, 2020-ci il Avropa çempionatında gümüş, 2013-cü il Avropa çempionatında bürünc medala sahib olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930