SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu
25-02-2021, 14:13

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu ada İngiltərə "Çelsi"sindən Olivye Jiru, Almaniya "Bavariya"sında Robert Levandovski, İspaniya "Real Madrid"indən Ferlan Mendi və İngiltərə "Mançester Siti"sindən Joau Kanselu iddia edir.

Jiru İspaniyada "Atletiko"ya 1:0 hesabı ilə qalib gəldikləri matçda, Levandovski İtaliyada "Latsio"nu 4:1 məğlub etdikləri görüşdə fərqlənib. Mendi isə İtaliyada "Atalanta"nı yendikləri görüşdə yeganə qolun müəllifi olub.

Kanselu Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına qarşı 2:0 hesablı qələbə qazandıqları qarşılaşmada 95 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı 

səsvermə nəticəsində bəlli olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930