SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdman klublarının şagirdləri arasında şəhər birinciliyi keçirilib

İdman klublarının şagirdləri arasında şəhər birinciliyi keçirilib
24-02-2021, 20:52

Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə  yox deyək, həmişə  sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının oğlan və qız atletləri аrаsındа atletikanın qaçış növü üzrə şəhər birinciliyi keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 3 komandanın hər birində 3 oğlan, 3 qız olmaqla, 18 idmançı iştirak etmişdir.

Keçirilən yarışda oğlanlar arasında 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Rzayev, 200 metr məsafədə 8 nömrəli tam orta məktəbin şagirdi Efe Yaqubov, 400 metr məsafədə həmin məktəbin şagirdi Vaqif Orucov, qızlar arasında isə 100 metr məsafədə 14 nömrəli tam orta məktəbin şagirdi Aminə Novruzzadə, 200 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi İlahə Hacılı, 400 metr məsafədə həmin məktəbin şagirdi Sənubər Ələsgərli I yerlərə layiq görülmüşlər. Komanda üzrə isə 10 nömrəli tam orta məktəbin komandası I yerə, 8 nömrəli tam orta məktəbin komandası II yerə, 14 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

Həmçinin Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının oğlan komandaları arasında basketbol birinciliyi keçirilmişdir.

4 komandanın iştirak etdiyi birinciliyin yekununa əsasən 3 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 17 nömrəli tam orta məktəbin komandası II yerə, 14 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

Sonda  yer tutan komanda və idmançılara təşkilatçıların diplomları təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930