SON DƏQİQƏ

naxcivanxeberleri.com

Atletlər arasında şəhər birinciliyi keçirilib

Atletlər arasında şəhər birinciliyi keçirilib
24-02-2021, 09:00

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klublarının atletləri аrаsındа atletikanın qaçış növü üzrə şəhər birinciliyi keçirilib.

Yarışda 3 komanda (hər komandanın tərkibi 3 oğlan, 3 qız) üzrə 18 idmançı iştirak edib. Oğlanlar arasında 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Rzayev, 200 metr məsafədə 8 nömrəli tam orta məktəbin şagirdi Efe Yaqubov, 400 metr məsafədə 8 nömrəli tam orta məktəbin şagirdi Vaqif Orucov qalib adını qazanıblar.
Qızların mübarizəsində isə 14 nömrəli tam orta məktəbin şagirdi Aminə Novruzzadə (100 metr), 10 nömrəli tam orta məktəbin şagirdləri İlahə Hacılı (200 metr) və Sənubər Ələsgərli (400 metr) finiş xəttinə hamıdan öndə çatıblar.
Komanda hesabında isə 10 nömrəli tam orta məktəbin komandası rəqiblərindən üstün olub. Digər iki pillədə isə 8 və 14 nömrəli tam orta məktəbin komandaları qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31