SON DƏQİQƏ

naxcivanxeberleri.com

Lionel Messi cari mövsümdə ən çox qazanan futbolçudur

Lionel Messi cari mövsümdə ən çox qazanan futbolçudur
2-04-2019, 23:50

İspaniyanın "Barselona” futbol klubunun hücumçusu Lionel Messi cari mövsümdə ən çox gəlir əldə edən futbolçu olub.

Argentinalı hücumçu cari mövsümdə 130 milyon avro qazanıb. İkinci pillədə portuqaliyalı hücumçu Kriştiano Ronaldo qərarlaşıb. "Yuventus”da forma geyən futbolçunun il ərzində qazancı 113 milyon avro təşkil edib. Fransanın "Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar isə cari mövsümdə 91 milyon avro gəlirlə üçüncü olub. İlk beşliyi "Atletiko Madrid”in hücumçusu Antuan Qrizman (44 milyon avro) və "Real Madrid”in futbolçusu Qaret Beyl (40,2 milyon avro) tamamlayıblar.

Cari mövsümdə ən çox gəlir əldə edən baş məşqçi isə Dieqo Simeone olub. "Atletiko Madrid”in argentinalı baş məşqçisi 2018-2019-cu il mövsümündə 41 milyon avro gəlir əldə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031