SON DƏQİQƏ

naxcivanxeberleri.com

III Avropa Oyunları: Daha iki növün proqrama salınması təsdiqləndi

III Avropa Oyunları: Daha iki növün proqrama salınması təsdiqləndi
2-02-2021, 17:30

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edilməsi təqdiqlənib.

NAXCİVANXEBERLERİ.COM Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə Avropa Atıcılıq Konfederasiyası (ESC) və Avropa Boks Konfederasiyası (EUBC) ilə razılığa gəlinib.

Boks və atıcılıq 2020-ci ilin dekabrından proqrama daxil olan 7 və 8-ci idman növləri olub. Daha əvvəl badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük və taekvondo da proqrama salınıb.

Həm boks, həm də atıcılıq idman növü 2015-ci ildə Bakıdakı I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının proqramından yer alıb.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub. İlk olaraq, 2020-ci ildə 23 idman növu yarışın proqramında yer alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031