SON DƏQİQƏ

naxcivanxeberleri.com

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb
30-03-2019, 14:07

Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 27 yaşlı idmançı “bürünc” görüşündə ukraynalı Rizvan Talıbovu 7:5 hesabı ilə üstələyib. Bu, Azərbaycan karateçilərinin Avropa çempionatında ilk medalı olub.

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Rafael Ağayev (75 kq) finala çıxıb. O, bu gün keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək. Həmçinin Nuranə Əliyeva (50 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq. Sahib Əhədov isə para-karateçilərin yarışında finala vəsiqə qazanıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031