SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın daha bir karateçisi Avropa çempionatında finala çıxıb

Azərbaycanın daha bir karateçisi Avropa çempionatında finala çıxıb
30-03-2019, 10:11

Azərbaycan para-karateçisi Sahib Əhədov İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, gözdən zəif idmançılar arasında 3 nəfərdən ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39,94 xalla qrup lideri olub. Bu gün baş tutacaq həlledici görüşdə onun rəqibi gürcüstanlı Zviadi Vasadze olacaq.

Üç dərəcə üzrə para-karateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Rafael Ağayev (75 kq) də finala çıxıb. O, bu gün keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək. Həmçinin Nuranə Əliyeva (50 kq), Asiman Qurbanlı (+84 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

R.Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Oyunlarının qalibi olub.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930