SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağır atletika üzrə yığma komandamız Avropa çempionatında iştirak edəcək

Ağır atletika üzrə yığma komandamız Avropa çempionatında iştirak edəcək
29-03-2019, 16:37

6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb. Məlumata görə, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq.

Asif Məmmədovun rəhbərliyi altında körpücük üzərinə qalxacaq millimizin heyəti aşağıdakı kimidir:

Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərov (102 kq).

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30