SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya çempionu "Real Madrid"dən ayrılır

Dünya çempionu "Real Madrid"dən ayrılır
23-01-2021, 10:37

İspaniyanın "Real Madrid" klubu futbolçusu Rafael Varanla yollarını ayıra bilər.

 NAXCİVANXEBERLERİ.COM "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Fransalı oyunçunun "kral klubu" ilə müqaviləsi 2022-ci ilin iyulunda başa çatır. Varan bu yay başqa komandaya keçsə, paytaxt klubuna əlavə gəlir gətirə bilər.

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real Madrid"in formasını geyinir. O, cari mövsüm 24 matçda meydana çıxıb. Müdafiəçi 2018-ci ildə Fransa yığması ilə Rusiyada keçirilmiş dünya çempionatının qalib olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031