SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal uğrunda görüşə çıxacaq
29-03-2019, 20:50

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri turniri start götürüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançılarından kişilərin və qadınların mübarizəsində hərəyə 4 cüdoçu tatami üzərinə çıxıb. Bunlardan yalnız İsmayıl İbrahimov (66 kq) nisbətən uğurlu çıxış edib. İbrahimov yarımfinal mərhələsində İsrail təmsilçisi Tal Flikerə passiv güləşdiyinə görə cərimə xalları hesabına məğlub olub. O, turnirdə bürünc medal uğrunda görüşə çıxacaq.

Bu gün kişilərin yarışında mübarizəyə qoşulan Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq) və İlkin Babazadə medal qazana bilməyib. Qadınların yarışında isə Ayşə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlu Munxtsedev (57 kq) uğursuz çıxış ediblər.

Sabah Azərbaycan cüdoçularından kişilərdə Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), qadınlarda isə Fatma Özərdim (70 kq) mübarizəyə qoşulacaq. Nəhayət, martın 31-də Abdulhəqq Rəsullu, Əliömər Tumayev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30