SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güləş yığmalarımız Avropa çempionatında çıxış edəcək

Güləş yığmalarımız Avropa çempionatında çıxış edəcək
29-03-2019, 15:25

Güləş yığmalarımız aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, millilərimizin qitə birinciliyində iştirak edəcək heyəti açıqlanıb. Aprelin 8-10-da mübarizəyə sərbəst güləşçilər start verəcəklər. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvəsini sınayacaq.

Ayın 10-12-də xalça üzərinə qadın güləşçilər çıxacaqlar. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) icra edəcək.

Aprelin 12-14-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, AÇ-də ölkəmizi rekord sayda - 4 olimpiya kateqoriyalı hakim təmsil edəcək. Buxarestdə Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031