17:00 - Peşəkar aktyor: söhbət Rza Xudiyevdən gedir...
16:25 - Türkiyənin səhiyyə nazir: "Qadınlar bizi bağışlasın"
16:05 - İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
15:45 - Niderland səfiri Azərbaycan qadınlarını təbrik edib
15:25 - ABŞ Türkiyəyə 30 helikopterin Pakistana tədarükünün qarşısını alıb
15:15 - Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
15:00 - TÜRK ƏXLAQININ TƏNTƏNƏSİ: NİZAMİNİN QADINI
14:41 - Marsdan yeni fotolar yayımlanıb
14:30 - BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
14:22 - “Azərbaycanla tək ürək olmağa davam edəcəyik” - Hulusi Akar
14:11 - Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir"
14:00 - Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
13:30 - “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
13:14 - DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO
12:52 - Zəngilanın Qaragöz kəndi - VİDEO
"Sumqayıt" "Keşlə"ni məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, II dövrənin sonuncu matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib.
"ASK Arena"dakı qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 3-cü dəqiqədə Tellur Mütəllimov paytaxt təmsilçisini məyus edib.
"Keşlə" 38-ci dəqiqədə azlıqda qalıb. Elçin Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
59-cu dəqiqədə isə "Sumqayıt"ın yeni transferi Höccət Haqverdi zədələnib. 28 yaşlı müdafiəçinin yerinə meydana Elvin Bədəlov daxil olub.
"Sumqayıt" qələbə sayəsində xallarının sayını 19-a çatdırıb və 4-cü pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun ilk 3 oyununda "Zirə" evdə Qəbələ"ni 2:0, "Neftçi" səfərdə "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.