SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO
18-01-2021, 19:56

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İclasda çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, Nazirlik 2020-ci il ərzində öz işini verilmiş tapşırıqlara, həmçinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na və 1 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Pandemiya dövrü olmasına baxmayaraq, Nazirlik tərəfindən bir sıra vəzifələrin icrası təmin edilib, ötən dövr ərzində gənclərlə iş və idman sahəsində 293 tədbir keçirilib bunlardan 150-si gənclərlə iş, 143-ü isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Nazir qeyd edib ki, ötən ildə mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub. Gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədilə yeniyetmə və gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu, “İntellektual Oyunlar Olimpiadası”, “Peloton”, “Kim? Nə? Hara?”, “Axtar tap” və “Vətəni tanı”, “Breyn rinq”, “Labirint”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib. Bununla yanaşı, Bakı şəhərində universitet tələbələri arasında keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən “Diplomat” komandasının iştirakı təmin edilib, komandamız III yerin sahibi olub.
Həmçinin əlamətdar günlər - 2 fevral-Gənclər Günü, 8 mart-Beynəlxalq Qadınlar Günü və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyli Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin və qadınların mükafatlandırılma tədbirləri, 12 avqust-Beynəlxalq Gənclər Günü və 5 dekabr-Beynəlxalq Könüllülər Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib, “Könüllü jurnalist” layihəsinə start verilib, “Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX onlayn forumunda Naxçıvan gənclərinin iştirakı təmin edililib. Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbləri” də təşkil olunub. Bununla bərabər muxtar respublikadakı yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə yeni startap layihəsi olan “Yaradıcı Gənclər Akademisayı”na start verilib, gənclər arasında “İncəsənət döyüşü”, “Koronavirus pandemiyası ilə mübarizə”, “Qarabağ Azərbaycandır!” adlı, eləcə də fiziki imkanları məhdud yeniyetmələr arasında rəsm müsabiqələri, “Qış möcüzəsi” adlı foto-müsabiqə keçirilib, ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə, tarixi və turizm məkanlarına ekskursiyaları təşkil olunub.
Azad Cabbarov vurğulayıb ki, 2020-ci il ərzində Nazirlik tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublika XVIII Futbol Çempionatının II dövrəsi, Naxçıvan Futzal Liqası, futzal üzrə “Badamlı-Naxçıvan Kuboku” turniri, zərərli vərdişlərdən imtina və sağlam həyat tərzinin təbliği məqsədilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında birinciliklər və yoldaşlıq görüşləri, 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib, idmançıların və komandaların ölkə və beynəlxalq yarışlardakı iştirakı təmin edilib. Həmçinin, futzal üzrə Azərbaycan Kubokunda “Nəqşicahan” və “Badamlı” komandalarının iştirakları təmin edilib, muxtar respublika şahmatçıları 13 beynəlxalq, 6 ölkə səviyyəli onlayn yarışlarda iştirak edib və ümumilikdə 37 medal qazanıblar. 1 nəfər idmançının adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilmiş, o aylıq təqaüdə layiq görülüb. Bu dövr ərzində hakimlər və məşqçilər üçün toplanış və seminarlar təşkil olunub, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrində müxtəlif idman növləri üzrə klublar yaradılıb, Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının yaradılması başa çatdırılıb, Təlim-məşq Kompleksinin və Ordubad Şəhər Stadionunun tikintisinə başlanılıb.
Əlamətdar günlərin qeyd edilməsi məqsədilə 2 fevral-Gənclər günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə yeniyetmə və gənclər arasında birinciliklər keçirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvlərinin, həmçinin Hava və Ekstremal İdman Növləri Federasiyası idmançılarının Haçadağa yürüşü təşkil olunub. 15 iyun- Milli Qurtuluş Günü ilə əlaqədar Hərbi Liseyin kursantları arasında qaçış üzrə, 26 iyun-Silahlı Qüvvələr Günü ilə əlaqədar gənclər arasında süni divara dırmanma, hüquq mühafizə orqanlarının əməkdaşları arasında atıcılığın stend növü üzrə muxtar respublika birincilikləri, Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyi münasibətlə Naxçıvan Muxtar Republikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları və mətbuat işçiləri ilə Naxçıvan Futbol Federasiyasının əməkdaşları arasında çimərlik futbolu üzrə yoldaşlıq görüşü, 12 avqust-Beynəlxalq Gənclər Günü münasibətilə gənclər arasında interaktiv tir, stolüstü tennis, şahmat idman növləri üzrə birinciliklər keçirilib.
Nazir diqqətə çatdırıb ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman obyektlərində dezinfeksiya işləri aparılıb, pandemiya dövrü ərzində də bu işlər davam etdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Yüngül Atletika və Basketbol Federasiyalarına yeni sədrlərin seçilməsi ilə əlaqədar iclaslar keçirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 14 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən təsdiq olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasını, həmçinin 2021-ci il ərzində də idman federasiyaları ilə birgə qarşıya qoyulmuş tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini özünün gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşdirməli, nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.
Nazirin çıxışının sonunda Muxtar respublikada gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıya, gənclər və idman siyasətinin hərtərəfli inkişafı üçün görülən işlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığını bildirib.
Məruzə ətrafında çıxışlarda muxtar respublikada idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb və qeyd edilib ki, idman təşkilatları öz vəzifə borclarına yüksək məsuliyyətlə yanaşmalı, qazanılan uğurlarla kifayətlənməməli, daha böyük qələbələrlə muxtar respublika idmanına öz töhfələrini verməlidirlər.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031