SON DƏQİQƏ

naxcivanxeberleri.com

“31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar muxtar respublikada şeir müsabiqəsi keçirilib

“31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar muxtar respublikada    şeir müsabiqəsi keçirilib
28-03-2019, 19:48

Bu gün Naxçıvan şəhər 1 №-li tam orta məktəbdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi və istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərin şagirdləri arasında bədii qiraət üzrə şeir müsabiqəsinin final mərhələsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, müsabiqədə təhsil nazirinin müavini Heyran Əhmədova, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək tədbirin mahiyyəti, həmçinin muxtar respublikada yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlər barədə məlumat vermişlər. Müsabiqədə rayon (şəhər) mərhələlərində qalib olmuş, həmçinin Heydər Əliyev adına tam orta məktəbin, Naxçıvan Qarnizonu tam orta məktəbin, Naxçıvan Qızlar Liseyinin, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaqla, 13 nəfər iştirak etmişdir. Məktəblilər soyqırıma, vətənpərvərliyə və Vətənə həsr olunmuş şeirləri bədii qiraət etmişlər. Sonda münsiflər heyətinin qərarına əsasən Sədərək kənd 2 №-li tam orta məktəbin şagirdi Vəliyeva Nurtən I yerə, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbin şagirdi Quliyev Şahin II yerə, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Ələkbərov Kərim III yerə, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Məmmədova Fatimə, Naxçıvan Qızlar Liseyinin şagirdi Süleymanova Roza, Ordubad rayon Üstüpü kənd tam orta məktəbin şagirdi Fərzəliyev Nail, Babək rayon Kərimbəyli kənd tam orta məktəbin şagirdi Mehrəliyeva Bahar, Naxçıvan şəhər 2 №-li tam orta məktəbin şagirdi Cəlilzadə Səkinə müsabiqədə fərqləndiklərinə görə həvəsləndirici yerlərə layiq görülmüşlər.
Həmçinin müsabiqədə 18 mart 2019-cu il tarixdə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. İnşa yazı müsabiqəsində Naxçıvan şəhər 5 №-li tam orta məktəbin şagirdi Quliyeva Fatimə I yerə, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbin şagirdi Fərəcova Xanım II yerə, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Mircavadov Mirməhəmməd III yerə, Naxçıvan Qızlar Liseyinin şagirdi Cəfərova Surə, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Yusifova Sahilə, Şahbuz şəhər 1 №-li tam orta məktəbin şagirdi Məmmədli Məryəm həvəsləndirici yerlərə layiq görülüblər.
Hər iki müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar, həmçinin həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. Müsabiqə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031