SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq

Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16-01-2021, 16:33

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt rəsmi tvitter hesabında bildirib.

Uayt yanvarın 15-də Nurməhəmmədovla görüşüb. Onlar idmançının karyerasını bərpa etmək imkanlarını müzakirə ediblər.

UFC prezidentinin sözlərinə görə, döyüşçü Bakı vaxtı ilə saat 00:00-da qərarını rəsmən elan edəcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb. O, 2020-ci il oktyabrın 25-də karyerasını bitirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728