SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Beşiktaş” 6 milyon avroluq təklifi rədd etdi

“Beşiktaş” 6 milyon avroluq təklifi rədd etdi
28-03-2019, 22:20

İtaliyanın "Cenoa" klubu Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Dorukhan Toközə "elçi düşüb".

NAXCİVANXEBERLERİ.COM komanda.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün menecerlər vasitəsilə İstanbul təmsilçisinə 6 milyon avro təklif edib. "Beşiktaş" isə bu təklifi rədd edib. Bildirilib ki, "Cenoa" oyunçu üçün mövsümün sonunda daha yüksək bir məbləğ təklif edərsə, klublar danışıqlara başlaya bilər.

Qeyd edək ki, Dorukhan Toköz 2018-ci ilin iyul ayında "Əskişəhərspor"dan azad agent kimi "Beşiktaş"a keçib. O, Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində səfərdə Albaniyanı 2:0, evdə Moldovanı 4:0 hesabı ilə məğlub etdiyi matçlarda meydanda olub. Bu mövsüm "Beşiktaş"ın heyətində 19 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031