SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub

Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub
28-03-2019, 19:39

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, seminarda Azərbaycanı təmsil edən Rafael Şahverdiyevə Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro Beynəlxalq Cüdo Təhsili Proqramının diplomunu verib. R. Şahverdiyev mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.

Qeyd edək ki, seminara dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər qatılıblar. Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930