SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan komandası "World Masters" turnirini 8-ci yerdə başa vurub

Azərbaycan komandası "World Masters" turnirini 8-ci yerdə başa vurub
13-01-2021, 22:57

Qətərin paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" turniri başa çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparıblar. Milli komandamız beynəlxalq yarışda iki gümüş medal qazanmaqla, ümumi komanda hesabında səkkizinci yeri tutub.

İlk üç yerdə Fransa (5 qızıl, 1 gümüş, 1 bürünc), Cənubi Koreya (3 qızıl), Yaponiya (2 qızıl, 5 gümüş) komandaları qərarlaşıblar.

Qeyd edək ki, turnirdə 7 cüdoçumuz mübarizə aparıb. Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıblar. Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031