19:56 - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO
19:33 - Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
19:05 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18:45 - Kəlbəcərin Alolar kəndi-FOTO
18:35 - Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
18:26 - İsmayıl Hacıyev alim və ictimai xadim kimi-FOTO
18:16 - Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
17:50 - Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı
17:30 - Təhsil Nazirliyində ilin yekunları müzakirə olunub-FOTO
17:21 - Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
17:10 - İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
16:55 - Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
16:50 - Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Azərbaycanda bu il də "Formula 1" yarışı keçirilməyə bilər
"Formula 1" üzrə builki Azərbaycan Qran-prisi də baş tutmaya bilər.
NAXCİVANXEBERLERİ.COM "Auto Motor und Sport" nəşrinə istinadən xəbər verir ki, trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı 7 həftə lazımdır. Şəhər trasını qurmaq üçün ölkəyə xaricdən işçilər gəlməlidir. Lakin səyahət məhdudiyyətləri və ya karantinlə bağlı öhdəliklər işləri çətinləşdirir.
Azərbaycandakı yarışdan başqa Monako və Kanada Qran-prilərinin də taleyi bəlli deyil. Monako mərhələsi mayın 23-də olmalıdır. Yekun qərarın fevralın sonlarında veriləcəyi gözlənilir. Bu üç Qran-pridən birinin ləğvi Türkiyədə "Formula 1" yarışının keçirilməsi üçün zəmin yarada bilər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva "Report"a açıqlamasında onlarda belə rəsmi məlumatın olmadığını bildirib. Bununla yanaşı o, əlavə edib ki, yarışla bağlı hazırlığa başlanılmayıb. Quliyevanın sözlərinə görə, hazırlıq işlərinə karantindən sonra start veriləcək: "Formula-1" təqvimi açıqlayıb və elan olunub ki, Azərbaycan Qran-prisinin keçirilməsi planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Kanadadakı yarış isə 11-13 iyuna təyin edilib. 2020-ci ildə Azərbaycandakı yarış koronavirusa görə ləğv edilib.