SON DƏQİQƏ

naxcivanxeberleri.com

XXI əsrin ən çox qol vuran futbolçuları açıqlandı

XXI əsrin ən çox qol vuran futbolçuları açıqlandı
12-01-2021, 17:19

XXI əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmasında 2001-ci ildən 2020-ci ilə qədər vurulan qollar nəzərə alınıb.

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu 462 qolla birinci olub. İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın "Milan" klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. 40 yaşlı oyunçu XX əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.

Hazırda İspaniyanın "Atletiko" klubunda çıxış edən Luis Suares (332) dördüncü, Almaniya "Bavariya"sından Robert Levandovski (285) isə beşinci sıradadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31