SON DƏQİQƏ

naxcivanxeberleri.com

"World Masters": Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

"World Masters": Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır
11-01-2021, 10:00

Bu gün Qətərin paytaxtı Dohada start götürəcək "World Masters” turnirində Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən son Avropa çempionu Orxan Səfərov 1/16 finalda israilli Barux Şmailovla üz-üzə gələcək.

Eyni çəkidəki Nicat Şıxəlizadə Denis Vierunun (Moldova) müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən 48 kq-dakı Aişə Qurbanlı türkiyəli Gülkədər Şəntürklə, Leyla Əliyeva isə Misir təmsilçisi Əzizə Çakırla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunur. "World Masters” ə yanvarın 13-də yekun vurulacaq. Həmin gün Zelim Kotsoyev, Elmar Qasımov və İrina Kindzerska çıxış edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031