SON DƏQİQƏ

naxcivanxeberleri.com

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı
8-01-2021, 09:41

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu.

NAXCİVANXEBERLERİ.COM "Transfermarkt.de" saytına istinadən xəbər verir ki, ilk pillədə İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yer alıb.

35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya "Latsio"sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930