SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təmsilçilərimiz çimərlik güləşi üzrə Dünya Seriyasına qatılacaq

Təmsilçilərimiz çimərlik güləşi üzrə Dünya Seriyasına qatılacaq
27-03-2019, 14:19

Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yarışda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq.

Qeyd edək ki, Dünya Seriyası çərçivəsində növbəti analoji yarış mayda Braziliyada baş tutacaq. Bu turnirlərdə toplanacaq xallarla oktyabrda Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq Dünya Çimərlik Oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031