21:34 - Naxçıvan Müəllimlər İnstitutunda elmi-nəzəri konfrans keçirilib-FOTO
20:52 - İdman klublarının şagirdləri arasında şəhər birinciliyi keçirilib
20:21 - UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
20:16 - Arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
19:36 - Ceyhun Bayramov Ukraynaya səfərə dəvət olundu
19:24 - Naxçıvan milli dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır
19:09 - Şəhriyar müasirləşən yaşayış məntəqələrimiz sırasındadır
19:01 - “Qəhrəmanlar unudulmur” devizi altında portret sərgi təşkil edilib
18:37 - Məktəblilər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
18:26 - Ali təhsil ocağında təqdimat mərasimi keçirilib
18:19 - Babək rayonunda bələdiyyələr üçün seminar keçirilib -FOTO
18:02 - Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb
17:30 - Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
17:12 - Məktəblilər arasında Robotexnika üzrə“Robotunu yarat” müsabiqəsi keçirilib-FOTO
17:00 - Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsinə start verilib
Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu-YENİLƏNİB
Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.
Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib. İlk 2 partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.
Qeyd edək ki, Teymur Rəcəbov Airthings Masters" turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunacaq.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparacaq.
Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.
Turnir bu gün başa çatacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 000 ABŞ dolları qazanacaq.