SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb

Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb
25-03-2019, 17:03

Futbol üzrə Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alacaqlar.

Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev olacaq.

Ehtiyat oyunçulara gəlincə, bunlar Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Ömər Buludov, Mahir Mədətov, Emin Mahmudov, Dimitri Nazarov, Əli Babayev, Namik Ələskərov və Mirabdulla Abbasovdur.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.(Report)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30