SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb
25-03-2019, 20:52

Məşhur italiyalı məşqçi Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM calciomercato.com saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis bir neçə nəfəri fərqləndirib. O, ilk növbədə hücumçular - hollandiyalı Marko van Basten və braziliyalı Ronaldonun adlarını çəkib: “Karyeramda həmçinin iki əla müdafiəçi olub. Bunlar Paolo Maldini və Franko Barezidir. Onları unuda bilmərəm”.

Qeyd edək ki, 1987-2018-ci illər arasında baş məşqçi kimi fəaliyyət göstərən F.Kapello bu müddətdə İtaliyanın “Milan”, “Roma”, “Yuventus”, İspaniyanın “Real Madrid”, Çinin “Tszyansu Sunin” klublarında, eləcə də İngiltərə və Rusiya yığmalarında çalışıb. O, İtaliya və İspaniya çempionu olmaqla bərabər, Çempionlar Liqasını qazanıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30