SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək
15-12-2018, 09:52

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu raund iki görüşdən ibarət olacaq. 1/4 finalın oyunları iki günü əhatə edəcək. İlk oyun günündə "Zirə" - Səbail" və "Neftçi" -"Sumqayıt" qarşılaşmaları baş tutacaq.

Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək. Qonaqlar 1/8 finalda I Dizion təmsilçisi "Kəpəz"i 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. "Zirə" isə mübarizəyə 1/4 finalda başlayacaq. İndiyədək ölkə kubokunda qarşılaşmayan komandalar cari mövsüm Premyer Liqada iki dəfə üz-üzə gəliblər. İlk dövrədəki oyun 1:1 hesabı ilə başa çatsa da, sonradan "Zirə"yə texniki məğlubiyyət verilib. İkinci dövrədəki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Günün ikinci görüşündə çempionatın lideri "Neftçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. Matç komandaların ölkə kuboku tarixində ilk dueli olacaq. "Gənclik şəhəri" təmsilçisi 1/8 finalda "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "Neftçi" isə ölkə kubokuna hazırkı mərhələdən başlayacaq. Flaqman çempionatın birinci dövrəsində rəqibini 2:0 hesabı ilə üstələyib. İkinci dövrənin son turuna təsadüf edən son matç isə qolsuz bərabərliklə yekunlaşıb.

Bu gün keçiriləcək iki oyunun cavab qarşılaşmaları dekabrın 19-da təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək. "Qəbələ" "Sabah"ı "Qarabağ" isə "Keşlə"ni qəbul edəcək.

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi

İlk oyunlar

15 dekabr (şənbə)

17:00. “Zirə” – “Səbail”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Dalğa Arena”,

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bakcell Arena”



gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031