SON DƏQİQƏ

naxcivanxeberleri.com

Luka Modriç: "İlk xəbərdarlığı Azərbaycandan almışdıq"

Luka Modriç:
25-03-2019, 21:49

“Bu məğlubiyyəti gözləmirdik. İlk xəbərdarlığı Azərbaycandan almışdıq. Amma həmin görüşdə necəsə nəticəni təmin edə bildik. Ancaq bu dəfə bizim üçün yeni şok oldu”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının kapitanı Luka Modriç səfərdə Macarıstan kollektivinə 1:2 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.

İspaniyanın “Real Madrid” klubunun formasını geyinən 34 yaşlı yarımmüdafiəçi oyunlarını düzəltməli olduqlarını söyləyib: “Qələbələri unutmaq lazımdır. Uğurları bayram etmək üçün elə çox vaxtımız yoxdur Bütün rəqiblər bizə qarşı yaxşı köklənir və hər biri problem yarada bilər. Bu son iki matçdakından daha yaxşı olmalıyıq. Rəqinim müdafiə xəttini yarmaq üçün daha sürətli olmalıyıq. Azərbaycanla görüşdə bunu bacarsaq da, bu gün alınmadı”.

Qeyd edək ki, Xorvatiya yığması ilk turda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib. Hazırda E qrupunda Slovakiya, Uels, Macarıstan və Xorvatiyanın 3 xalı var.(Report)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30