SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqasında "YAŞAT turu" elan olundu

Azərbaycan Premyer Liqasında "YAŞAT turu" elan olundu
17-12-2020, 16:14

Peşəkar Futbol Liqası (PFL) birbaşa üzvləri olan Azərbaycan Premyer Liqasının klubları ilə birgə XII turu “YAŞAT turu” elan edib.

NAXCİVANXEBERLERİ.COM-un PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu qərar Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında qəbul olunub.

Həmin Fərmana əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” fondu) yaradılıb. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər.

Qeyd edək ki, XII turun oyunları dekabrın 20-də keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31