SON DƏQİQƏ

naxcivanxeberleri.com

Luka Modriç 7-ci dəfə Xorvatiyanın ən yaxşı futbolçusu seçilib

Luka Modriç 7-ci dəfə Xorvatiyanın ən yaxşı futbolçusu seçilib
20-03-2019, 19:17

Xorvatiya milli komandasının kapitanı Luka Modriç 7-ci dəfə ölkənin ən yaxşı futbolçusu seçilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Vecernji List"in apardığı sorğuda "Real Madrid"in yarımmüdafiəçisinə münsiflər heyətinin 11 üzvü 110 xal verib.

İkinci yeri 94 xalla İtaliya "Yuventus"unun hücumçusu Mario Mancukiç tutub. İspaniya "Barselona"sının yarımmüdafiəçisi İvan Rakitiç isə 87 xalla 3-cü olub.

Modriç daha əvvəl 2007, 2008, 2011, 2014, 2016 və 2017-ci illərdə də Xorvatiyada ən yaxşı futbolçu sayılıb. O, yenidən seçilməklə Xorvatiya Futbol İttifaqının hazırkı prezidenti Davor Şukeri də üstələyib.

Qeyd edək ki, "Vecernji List" ilin futbolçusunu 1972-ci ildən seçir. Ən yaxşılar sırasında 2 dəfə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də olub.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031