SON DƏQİQƏ

naxcivanxeberleri.com

Turun yeganə qələbəsini “Qəbələ” qazandı

Turun yeganə qələbəsini “Qəbələ” qazandı
30-11-2020, 18:14

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turun son matçında "Qəbələ" Sumqayıtda şəhərin eyniadlı komandasına 1:0 hesabı ilə qalib gəlib.

Qonaqlara qələbə qazandıran qola 16-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi Rafael Utriq imza atıb.

Bu nəticədən sonra 11-ci xalını qazanan əyalət təmsilçisi 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. Ardıcıl 3-cü oyunda məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 15 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki 3 oyunu heç-heçə ilə başa çatıb. "Neftçi" evdə "Zirə" ilə qolsuz bərabərə qalıb. "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" matçlarında isə 1:1 hesabı qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031