SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
27-11-2020, 17:10

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası beş pillə irəliləyib. Millimiz 1180 xalla 109-cu pillədə qərarlaşıb. İrəliləyişə səbəb yığmamızın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının sonuncu matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. Fransa (1755) ikinci, Braziliya (1743) isə üçüncü pillədə yer alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031