SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
21-11-2020, 22:25

Azərbaycan cüdoçusu İrina Kindzerska Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə final görüşünə çıxıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı Fransa təmsilçisi Roman Dikko ilə üz-üzə gəlib.

Əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyən cüdoçu həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Kindzerskadan əvvəl Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev isə bürünc medal qazanıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031