SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaponiyalı gimnast Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

Yaponiyalı gimnast Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı
17-03-2019, 14:03

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qaliblər müəyyən olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yaponiyalı idmançı Kohey Kameyama final mərhələsində 15.233 xal toplamaqla birinci yeri tutub.

Fransa gimnastı Kiril Tommason 14.833 xalla ikinci, çinli Haio Venq isə üçüncü (14.033) olub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031