SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)

17-03-2019, 13:32

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların dördüncü - sonuncu gününə start verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu gün final mərhələsində kişi idmançılar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə hərəkətlər üzrə ən güclülər müəyyənləşəcək. Qadın gimnastlar arasında isə gimnastika tiri və sərbəst hərəkətlərin yekunu üzrə qaliblər məlum olacaq.

Azərbaycanı final mərhələsində Marina Nekrasova (gimnastika tiri) təmsil edir.

Günün sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Qeyd edək ki, ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930