SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib

17-03-2019, 12:02

Melburn şəhərindəki "Albert Park" avtodromunda "Formula 1" üzrə Avstraliya Qran-prisi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, dünya çempionatının ilk mərhələsində qalib adını "Mercedes" pilotu Valtteri Bottas əldə edib.

Finlandiyalı idmançı yürüşün sonunadək dominantlığı əldən verməyib.

Onun britaniyalı komanda yoldaşı, son dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen üçüncü yeri tutub.

Qeyd edək ki, ümumilikdə 20 pilotdan Romen Qrojan ("Haas"), Daniel Rikkardo ("Renault") və Karlos Sayns ("Maklaren") finişə çata bilməyib. Növbəti Qran-pri 29 - 31 martda Bəhreyndə olacaq. Üçüncü mərhələ 12 - 14 apreldə Çində təşkil ediləcək. Daha sonra 26 - 28 apreldə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək. Dünya çempionatı ümumilikdə 21 mərhələdən ibarətdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031