SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hemilton "Formula 1" üzrə yeddiqat dünya çempionu oldu

Hemilton "Formula 1" üzrə yeddiqat dünya çempionu oldu
15-11-2020, 20:06

"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton karyerasında yeddinci dəfə "Formula 1" yarışlarının qalib olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin edib.

Türkiyə Qran Prisində ikinci yeri "Racing Point" komandasının meksikalı pilotu Serxio Peres, üçüncü yeri isə "Ferrari" komandasının almaniyalı pilotu Sebastyan Fettel tutub.

Mövsümün bitməsinə 3 mərhələ qalmış L.Hemiltonun aktivində 307 xal, ikinci yerdə olan V.Bottasın aktivində 197 xal, üçüncü yerdə olan Maks Ferstappenin isə aktivində 170 xal var.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi 27-29 noyabr tarixlərində Bəhreyndə keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031