SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medal qazanıb
16-03-2019, 22:12

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından Hüseynov bürünc medalla kifayətlənib. Bu, Azərbaycan millisinin Vladiqafqazda ilk mükafatı olub.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) döyüşəcək.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930