SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cüdoçumuz Avropa çempionatında 5-ci olub

Cüdoçumuz Avropa çempionatında 5-ci olub
5-11-2020, 23:25

Xorvatiyanın Poreç şəhərində Azərbaycan cüdoçularının da qatıldığı gənclər arasında Avropa çempionatı davam edir.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, yarışın ikinci günündə daha 5 idmançımız mübarizəyə qoşulsa da, medalçılar sırasına düşə bilməyiblər. Cüdoçularımızdan ən yaxşı nəticəni 5-ci yeri qazanmaqla Elcan Hacıyev (81 kq) göstərib.

Qeyd edək ki, turnirin birinci gününü də tatami ustalarımız medalsız başa vurublar.

Noyabrın 6-da başa çatacaq qitə çempionatına ümumilikdə 13 idmançımız qatılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031