SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Səbail” klubunun danışıq apardığı məşhur futbolçu Maykl Essyen Bakıya gəlib

“Səbail” klubunun danışıq apardığı məşhur futbolçu Maykl Essyen Bakıya gəlib
15-03-2019, 12:49

“Səbail” klubunun danışıq apardığı məşhur futbolçu Maykl Essyen Bakıya gəlib.

37 yaşlı yarımmüdafiəçi bu gün Azərbaycan Premyer Liqasında XXI turun “Səbail” – “Qarabağ” oyununda olacaq. "Bayıl Arena"da keçiriləcək görüş saat 16:45-də başlanacaq.

Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir. Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.

Maykl Essyen martın əvvəllərind Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycanda olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 74
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031