SON DƏQQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı
29-10-2020, 09:09

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Atalanta"sında Duvan Zapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joau Feliş iddia edir.

Reşford qrup mərhələsinin II turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Feliş Avstriya "Zaltsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı 

səsvermədən sonra bəlli olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031