SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib

Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib
13-03-2019, 22:12

Bu gün Azərbaycandan avrokuboka vəsiqə qazanan ilk komandanın adı müəyyənləşə bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunun üçün Qəbələnin eyni adlı təmsilçisi AFFA-nın təşkil etdiyi Gənclər Liqasında çempionluğu erkən təmin etməlidir. Hazırda 57 xalla vahid lider olan “qırmızı-qaralar” XXII turun oyununda “Qarabağ”ı qəbul edəcək. Famil Xəlilovun baş məşqçi olduğu kollekiv saat 14:00-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında start götürəcək matçda qalib gələcəyi təqdirdə, çempion titulunu qoruyacaq və yenidən UEFA Gənclər Liqasına vəsiqə qazanacaq.

“Qəbələ” heç-heçə edəcəyi, hətta məğlub olacağı təqdirdə də qızıl medallara sahib çıxa bilər. Bunun üçün "qırmızı-qaralar"ın 39 xala malik ən yaxın izləyicisi “Keşlə”nin öz meydanında “Sumqayıt”la oyunda xal itirməsi lazımdır. Həm “qırmızı-qaralar”, həm də bakılılar uduzsa və ya hər iki kollektiv heç-heçə etsə, mövsümün başa çatmasına 6 tur qalmış əyalət klubu paytaxt təmsilçisi ilə aradakı 18 xallıq fərqi qorumuş olacaq. “Qəbələ” ilk 3 dövrədə rəqibini səfərdə 2 və 3, evdə isə 5 cavabsız qolla məğlub etdiyindən, şəxsi görüşlərdə aşkar üstünlüyə malikdir. Bu isə erkən çempionluq üçün yol açır.

“Keşlə” məğlub olsa, “Qəbələ” bərabərə qalmaqla da ən yaxın izləyicisi üçün əlçatmaz olacaq.

“Qəbələ” çempion olsa, ardıcıl üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. “Qırmızı-qaralar” 2016/2017 və 2017/2018 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, avrokuboklara Premyer Liqa, Azərbaycan Kuboku və Region Liqası vasitəsilə də vəsiqə qazanmaq mümkündür. Amma hələlik hər 3 yarışda bu vəsiqələrin sahibləri müəyyənləşməyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031