SON DƏQQƏ

naxcivanxeberleri.com

İki klub “Qəbələ”nin irəliləyişini təkrarlayıb

İki klub “Qəbələ”nin irəliləyişini təkrarlayıb
24-10-2020, 14:50

Avropa Liqasında dörd mərhələ adlayan klubların siyahısı açıqlanıb.
UEFA-nın tərtib etdiyi bu cədvələ cari mövsümdə daha iki komanda əlavə olunub.

Bunlar Sofiya MOİK-i və Beer-Şeva “Hapoel”idir. Onlar üç təsnifat və bir pley off mərhələsini adlamağı bacarıblar. Hər iki klub ilk dəfə belə irəliləyişə imza atıb.

Bununla da 4 mərhələ keçib qrupa düşənlərin sayı 15-ə çatıb. İlk dəfə “Fulhem”in bacardığı bu göstəriciyə yalnız bir Azərbaycan klubu – “Qəbələ” nail olub.

Roman Qriqorçukun baş məşqçiliyi altında 2015/16 və 2016/17 mövsümünlərində 4 tur adlayan qəbələlilər 15 komanda arasında yer alıblar.

Təmsilçimiz “Rusenborq”, “Reyncers” və Təl-Əviv “Makkabi”si ilə birlikdə daha çox – 2 dəfə bunu reallaşdırıb. İki komanda – “Qəbələ” və “Reyncers” ardıcıl iki mövsüm ilk raunddan qrupa irələləyib.

4 mərhələ adlayıb qrupa düşənlər
“Fulhem” (2011/12)
“Rusenborq” (2012/13, 2015/16)
“Tvente” (2012/13)
“Tromse” (2013/14)
“Qəbələ” (2015/16, 2016/17)
“Srvena Zvezda” (2017/18)
“Makkabi” Təl-Əviv (2016/17, 2017/18)
“Skenderbeu” (2017/18)
“Apollon” (2018/19)
“Kopenhagen” (2018/19)
“Reyncers” (2018/19, 2019/20)
“Sarpsborq” (2018/19)
“Malmö” (2019/20)
MOİK Sofiya (2020/21)
“Hapoel” Beer-Şeva (2020/21)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30