SON DƏQQƏ

naxcivanxeberleri.com

"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi

"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi
17-10-2020, 18:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Komandalar matça birgə pankartla çıxıblar. Pankart üzərində "Əmrinizdəyik, Cənab Ali Baş Komandan" yazılıb.

Futbolçular isə üzərində şəhid general Polad Həşimov və Gəncə terrorunda xəsarət almış 5 yaşlı Ömərin birgə fotosu və "Bir ölər, min dirilərik" yazılmış maskada olublar. Dövlət himni səsləndirildikdən sonra komandalar birgə foto çəkdiriblər.

Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 44-cü dəqiqədə Donald Gerye açıb. 89-cu dəqiqəqə Patrik Andrade penalti ilə fərqi artırıb. 90+1-ci dəqiqədə isə Toral Bayramov yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, 3 oyundan sonra qələbə qazanan "Qarabağ" xallarını 8-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda "Səbail"lə təxirə salınmış qarşılaşması da var. 4 xalı olan "Qəbələ" isə sonuncu pillədə yer alıb.

Qeyd edək ki, günün ilk matçında "Səbail" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031