SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ"ni qəbul edəcək
17-10-2020, 09:35

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında "Səbail" "Keşlə"ni qəbul edəcək. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 3 xalla sonuncu pillədədir. "Keşlə" 8 xalla 2-3-cü yerləri bölüşdürür. Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Səbail", 3-də qonaq komanda qələbə qazanıb. 2 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Səbail" öndədir - 13:10. Komanda son 3 Premyer Liqa matçında "Keşlə"yə uduzmayıb və iki görüşdə qapısını toxunulmaz saxlaya bilib.

Günün digər matçında son ölkə çempionu "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Bir oyun az keçirən Ağdam təmsilçisi 5 xalla 6-cı yerdədirsə, "qırmızı-qaralar" 4 xalla 7-ci sırada qərarlaşıb. Bu matç komandaların çempionatda 47-ci dueli olacaq. 23 görüşdə Ağdam klubu, 10 dəfə "Qəbələ" meydanı 3 xalla tərk edib. 13 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 64:41. “Qarabağ” rəqibinə qarşı son 7 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə son 3 səfər maçından xalsız ayrılıb.

Azərbaycan Premyer Liqası

VI tur

14:00. "Səbail" - "Keşlə"
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
Affa nümayəndəsi: Əsgər Əmirəliyev
"ASCO Arena"

16:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
Hakim-inspektor: Ömər Paşayev
Affa nümayəndəsi: Ramiz Mustafayev
"Azersun Arena"

Qeyd edək ki, VI turun "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları oktyabrın 18-də olacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031