SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi Slovakiyaya uduzdu

Azərbaycan millisi Slovakiyaya uduzdu
8-10-2020, 21:57

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Milan Obradoviçin baş məşqçilik etdiyi komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib.

"Nitra" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

61-ci dəqiqədə Slovakiyanın heyətində Lubomir Tupta hesabı açıb, 66-cı dəqiqədə isə Mert Çelik bərabərlik qolunu vurub. İvan Mesik 90+4-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb. 

Beləliklə, 8 oyundan sonra 6 xalı olan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Slovakiya isə 7 oyuna 9 xal toplaya bilib.

2-ci qrupun digər matçında Fransa Lixtenşteyni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930