SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rüstəm Qasımov dünya birinciliyində kiçik bürünc medal qazandı (FOTO)

Rüstəm Qasımov dünya birinciliyində kiçik bürünc medal qazandı (FOTO)
11-03-2019, 09:17

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib. 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.

R.Qasımov təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Yarışdan sonra Rüstəm Qasımov federasiyanın saytına açıqlama verib: "Yaxşı yarış oldu, mən də yaxşı çıxış etdim. Başda Asif Məmmədov olmaqla milli komandanın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimimizə, rəhbərliyə, bir sözlə əməyi olam hər kəsə əziyyətlərinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu. Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qabağıma medal qazanmaq məqsədi qoymuşdum. Şükürlər olsun ki, istəyinə nail ola bildim".



Rüstəm Qasımov dünya birinciliyində kiçik bürünc medal qazandı (FOTO)
Rüstəm Qasımov dünya birinciliyində kiçik bürünc medal qazandı (FOTO)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30