SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropa Liqası: Polşa klubu pley-offa yüksəldi

Avropa Liqası: Polşa klubu pley-offa yüksəldi
23-09-2020, 22:37

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. İlk yarıda cəmi 1 qol vurulduğu halda, fasilədən sonra meydan sahibləri daha 4 dəfə məyus olublar. 

Cütün taleyi bir oyundan ibarət olduğu üçün "Lex" pley-off mərhələsinə yüksəlib. Növbəti rəqibi isə "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin qalibi olacaq. 

23 sentyabr

Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa) - 0:5

Qollar: Pedro Tiba, 42; 90+2. Mikael İşak, 47. Yakub Kaminski, 58. Sikora, 81

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031